“Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinin parlamentlərində çıxışında emosiyalarının ona kömək olacağına ümid edir”.
TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Moskva ilə Kiyev arasında danışıqların təxirə salınması vəziyyəti dramatikləşdirmək, Zelenskiyə xaki rəngli köynəkdə Avropa ölkələrinin parlamentlərində çıxışına imkan vermək və NATO-nun mümkün müdaxiləsini tələb etmək məqsədi daşıyır: "Biz dünya liderləri ilə müntəzəm əlaqələ saxlayırıq. Qərb vasitəçilikdə xüsusi maraqlıdır. Biz buna qarşı deyilik, amma qırmızı xəttimiz var”.