Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bəyan edib.
Mia.az xəbər verir ki, Zelenskinin Rusiya ilə danışıqlar konteksində yaydığı açımada deyilir:
“Bizə ultimatum verirlər, deyirlər ki, bu maddələri yerinə yetirsəniz, müharibəni dayandırarıq. Bu, doğru deyil və hər hansı nəticəyə gətirib çıxarmayacaq. Məsələ məndə deyil, məsələ ondadır ki, hakimiyyət və xalq birləşib. Biz bunu edə bilmərik. Ukrayna ultimatumu yerinə yetirə bilməz, vəssalam. Fiziki olaraq mümkün deyil. Hamımızı məhv etsələr, o zaman ultimatum avtomatik olaraq yerinə yetiriləcək.
Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi verməklə bağlı. Nə Xarkov, Mariupol, nə Kiyev, nə də mən, Prezident, biz bunu edə bilərik”.
Zelenski onu da bildirib ki, Rusiya ilə razılaşdırılacaq istənilən məsələ referenduma çıxarılaraq, son qərar veriləcək.
Xatırladaq ki, Rusiya Ukraynaya savaşın dayandırılması üçün 6 şərt irəli sürüb.
Bununla yanaşı, dünən Rusiya ordusu mühasirədə olan Mariupol əhalisi və müdafiəçilərinə "təslim olarsanız, canınız bağışlanacaq" xəbərdarlığı edib. Və "yox" cavab"ı alıblar.
Mia.az