Ukrayna Müdafiə Nazirliyi Rusiyanın son 26 gündəki itkilərini açıqlayıb.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, bu günədək 15 minə yaxın rusiyalı hərbçi öldürülüb: "Bundan başqa, hücum edən tərəfin 498 ədəd tankı, 1535 ədəd zirehli döyüş maşını, 240 ədəd artilleriya sistemi, 45 ədəd havadan müdafiə sistemi, 97 ədəd hərbi təyyarəsi, 121 ədəd helikopteri, 969 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 24 ədəd dronu məhv edilib".