Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının yeni tərkibi formalaşdırılıb.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə komissiyanın yeni tərkibi aşağıdakı kimi formalaşdırlıb:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin
müavini
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
rəisinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti
sədrinin müavini”.