Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin onlara tətbiq etdiyi sanksiyalara münasibət bildirib.
O, bu barədə RT-yə müsahibəsində danışıb.
“Bizə qarşı sanksiyalar davam edəcək. Amma bu, Rusiyanı qorxutmur. Sanksiyalar həmişə bizi gücləndirib. İndi bizim qərbli tərəfdaşlarımız yoxdur”,- o deyib/Report.
Lavrov daha sonra deyib ki, ABŞ Rusiyanın dünyadakı yerini tamamilə əlindən almaq istəyir: "Onlar Rusiyanın marginallaşdırılması, onun qarşısını almaq, inkişafını əngəlləmək, həmçinin Rusiyanın dünya siyasətində, iqtisadiyyatında, incəsənətində, idmanında, ticarətində, elmindəki rolunu sıfıra endirmək istəyir. Bununla da Bayden administrasiyası dünyanı yenidən təkqütblü formata çevirməyi planlayır".
Mia.az