Rusiya Silahlı Qüvvələrinin Ukraynada itkiləri açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 14200 hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 450 ədəd tankı, 1448 ədəd zirehli döyüş maşını, 205 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 93 ədəd hərbi təyyarəsi, 112 ədəd helikopteri, 879 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib".