“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə bu gün də görüşməyə hazırdır"r”.

Mia.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

Onun sözlərinə görə, elə məsələlər var ki, onu Ukrayna və Rusiya nümayəndə heyətləri həll edə bilməzlər: "Onlar gündə 25 saat danışa, müzakirə apara bilərlər, lakin bəzi qərarları qəbul etmək onların səlahiyyətində deyil".

Nazir pre3zidentlərin görüşünün harada keçiriləcəyi barədə sualaa isə çox maraqlı cavab verib: "Namizədlər çoxdur. Həıtta deyərdim ki, bu görüşə ev sahibliyi etmək uğrunda rəqabət Olimpiya Oyunlarına ev sahibliyi etməkdən daha güclüdür”.