“Rusiya ümid edir ki, Kiyev Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” vəzifəsinin sülh yolu ilə həllinin qaçılmaz olduğunu dərk edəcək".

Mia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, Kiyev Ukraynanın neytral dövlətə çevrilməsinin qaçılmaz olduğunu nə qədər tez dərk etsə, Rusiyanın xüsusi əməliyyatı tez başa çatacaq.