"İstəsəniz də, istəməsəniz də Krım Rusiya ilə bağlıdır".

Mia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ABŞ və müttəfiqlərinin sanksiyaları, təzyiqləri heç nəyi dəyişməyəcək: "İstəsəniz də, istəməsəniz də Krım Rusiya ilə bağlıdır. Özlərini dünyanın ağaları hesab edən ölkələr bizim mövqeyimizi dəyişə bilməyəcək”.