“Regionda əməkdaşlıq üçün əlimizdən gələni edəcəyik”.

Mia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, türkiyəli həmkarı ilə görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. “Keçən il altılıq platforması gündəmə gəldi. Amma digər region ölkələrindən fərqli olaraq Gürcüstan hələ də “3+3” layihəsi barədə qərar verməyib. Amma bizim qapımız Gürcüstana açıqdır”.

"Rusiya Türkiyənin Ermənistanla münasibətlərinin bərpasını da dəstəkləyir" deyən Lavrovun sözlərinə görə, rəsmi Ankara Ukrayna məsələsində praqmatik mövqedədir: "Biz qeyd etdik ki, diplomatlar və hərbçilərimizin səyləri Suriya, Liviya, Dağlıq Qarabağ kimi bölgələrdə daimi atəşkəsə töhfə verir”.

Türk nazir isə bildirib ki, Cənubi Qafqazda sabitlik üçün birlikdə çalışmaq barədə qərar veriblər: “Antalya Diplomatiya Forumunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Dialoq davam edəcək”.

Mia.az