Ukrayna prezidenti Zelenski dost ölkələrin liderlərini ölkəsinə dəvət edib.

Mia.az xəbər verir ki, o, bu barədə bugünkü video-müraciətində deyib.

Zelenski bildirib ki, bu səfərlər riskli ola bilər: "Çünki bizim səmamız Rusiya qırıcılarına, raketlərinə hələ də bağlanmayıb. Təyyarə istəyimizə dostlarımız müsbət cavab verməyib, Rusiyann müharibə cinayətləri artan xətlə davam edir. Amma mən sizi ölkəmə dəvət edirəm".

Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın yaşayış məntəqələrinə 900-dən çox raket atıb: "Artıq o qədər çox atırlar ki, saymaq da mümkün deyil. Bizim yaşayış evlərimizi vururlar, insanlıq və müharibə cinayətləri törədirlər. Bunlar cavabsız qala bilməz. Dünya Rusiyanı dayandırmalıdır. Biz Rusiyanın işğalçı qüvvələrinə qarşı savaşır, ölkəmizi müdafiə edirik. Eymi zamanda, Ukaynanın mənafeyinə uyğun ağır da olsa, danışıqları da davam etdiririk".

Zelenski sonunda UKaynanın qalib gələcəyini də deyib.

Mia.az