Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə məlumat paylaşıb.

O bildirib ki, hazırda Ukrayna ordusu bir neçə istiqamətdə əks hücumdadır: "Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir.

İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır.

Nəhayət Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”.