Rusiya Silahlı Qüvvələri Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirib.
Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama yayıb.
O bildirib ki, Ukraynanın daha 2 Su-25, 1 MiQ-29 təyyarəsi vurulub, 4 komanda məntəqəsi, 7 silah anbarı məhv edilib: "Əməliyyat zamanı ümumilikdə Ukraynanın 111 hərbi təyyarəsi, 68 helikopteri, 160 pilotsuz uçuş aparatı, 159 zenit-raket kompleksi, 1353 tankı və digər zirehli texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya və minaatanı məhv edilib”.