Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək.

Mia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu o, martın 15-də iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra deyib.

O bildirib ki, Hüseyn Əmir Abdullahianın İrana səfərlə bağlı dəvətini qəbul edib: "Səfərin tarixi tezliklə müəyyən olunacaq".