Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Vaqif İmamqulu oğlu Məmişov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.Məmişov böyük iş adamı olmaqla, Sank-Peterburqda Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbəridir.

Mia.az