“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”.
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, əməliyyatların nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb: “Əməliyyatlar vaxtında və tamamlandıqdan sonra başa çatacaq”.
D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür: “Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda, mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”/Report.
Peskov Çeçen lideri Ramzan Kadırovun Ukraynada əməliyyat zonasına səfər etməsi ilə bağlı da danışıb.
Bildirib ki, bu barədə məlumatsızdır.
Mia.az xəbər verir ki, Peskov Rusiyanın Çin və ya digər ölkələrdən hərbi yardım üçün müraciət etmədiyini də deyib: “Rusiya Ukraynada əməliyyat keçirmək potensialına malikdir. Digər ölkələrə yardım göstərmələri üçün müraciət etməmişik”.
Mia.az