Rusiya Polşa ilə sərhəddə yerləşən Ukraynanın Lvov vilayətinin Yavorov poliqonundakı hərbi bazanı uzaqmənzilli raketlə vurub.

Mia.az NTV-yə istinadla xəbər verir ki, az əvvəl NATO birliklərinin də təlim keçdiyi həmin bazada Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzi də yerləşirmiş.

Bildirilib ki, 30-a yaxın raket zərbəsi nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.

Məlumata görə, hərbi bazada NATO-ya bağlı xaricilərin olması da istisna deyil. Onların ukraynalı hərbçilərə təlim keçdiyi qeyd olunur.

Mia.az