Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə M.Əliyeva rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin".