"Ukrayna hava müdafiəsi qüvvələri və aviasiyası ötən gün Rusiya ordusuna məxsus 4 helikopteri, “Forpost-M” tipli 1 ədəd dronu, “Su-34” tipli 1 ədəd qırıcı bombardmançı təyyarəni məhv edib, düşmənin zirehli texnika karvanlarına 10-dək zərbə endirib".
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri feysbuk səhifəsində açıqlama yayıb.
Bildirilib ki, həmçinin Ukraynaya məxsus “Su-27” və “Mig-29” tipli qırıcı təyyarələrinin müxtəlif istiqamətlərdə düşmənin sayca üstün qüvvələrinə qarşı 10-dək hava döyüşü keçirərək itkisiz geri qayıdıb
Ukrayna Baş Qərargahının bu gün səhər yaydığı məlumata görə isə Rusiyanın Polesye, Siversk, Cənubi Buq istiqamətlərində canlı qüvvə və texnika sarıdan xeyli itki verərək qarşısı alınıb:
"Düşmənin 31 taboru döyüş qabiliyyətini itirib. Bundan əlavə, Rusiya İndi də əvvəl tutduğu mövqelərdə dayaq qazanmağa çalışırlar. Donetsk istiqamətində irəliləməyə çalışan düşmən Ukrayna müdafiəçiləri tərəfindən layiqincə müqavimətlə qarşılaşaraq bəzi yerlərdə geri oturdulub, qalan ərazilərdə isə irəliləmə sürəti xeyli azalıb. Döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələri ilə birbaşa atəş təmasında olan Rusiya Silahlı Qüvvələrinin bölmələri ruhdan düşüb, şəxsi heyətin mənəvi vəziyyəti davamlı olaraq zəifləyir, onlar arasında qrup şəklində təslimolma halları qeydə alınır. Son 3 gün ərzində qarşı tərəfdən kiçik fərari dəstələrinin dövlət sərhədinə sarı hərəkət etməsi müşahidə olunur”,