“İndi sanksiya təzyiqi kompleks xarakter daşıyır və Rusiya üçün müəyyən problemlər yaradır".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, yaşananlara baxmayaraq, Rusiya bu çətinliyin öhdəsindən gələcək: "Biz əvvəlki illərdə çətinlikləri dəf etdiyimiz kimi, indi də onların öhdəsindən gələcəyik. Biz bu dövrü keçməliyik. Rusiya iqtisadiyyatı yeni vəziyyətə uyğunlaşacaq. Biz bütün sahələrdə idxalın əvəzlənməsini davam etdirəcəyik. Əminəm ki, hökumət üzvlərinin, aparıcı şirkətlərimizin sayəsində biz bütün çətinliklərin öhdəsindən gələcəyik”.