Rusiya Ukraynada 2900-dən çox hərbi infrastruktur obyektini məhv edib.

Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.

O bildirib ki, hazırda Ukraynanın hərbi infrastrukturuna zərbələr davam edir: "Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2911 hərbi infrastruktur obyekti məhv edilib. Onlar arasında 97 təyyarə, 107 pilotsuz uçuş aparatı, 141 hava hücumundan müdafiə sistemləri və zenit-raket kompleksi, 86 radiolakasiya stansiyası postu, 986 tank və digər zirehli döyüş maşını, 107 reaktiv yaylım atəşi sistemi, 368 artilleriya və minaatan qurğusu, 749 ədəd xüsusi təyinatlı hərbi maşın var”.