Dünən yerli vaxtla saat 22:24-də Mingəçevir stansiyasından 25 km cənub-qərbdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.