Rusiya Silahlı Qüvvələrinin Ukraynada 12 mindən çox hərbçi öldürülüb, 251 əsgəri isə əsir götürülüb.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı, Rusyanın 49 təyyarə, 81 helikopter, 317 tank, 1 070 zirehli döyüş maşını, 120 artilleriya qurğusu, 28 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 482 avtomobil texnikası məhv edilib.