“Azərbaycan Prezidenti bu həftənin cümə axşamı Türkiyəyə səfərə gələcək”.
Mia.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O bildirib ki, Ukrayna böhranı ilə bağlı 20-yə yaxın dövlət başçısı ilə müzakirələr aparıb:
"Hələ də danışıqlarımı davam etdirirəm. Sabah İsrail Prezidenti Hersoq, cümə axşamı isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək”.