Rusiya Silahlı Qüvvələri Ukraynada 2482 hərbi obyekti məhv edib.
Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
O bildirib ki, əməliyyat başlayandan bu günədək Ukraynanın ümumilikdə 2482 hərbi infrastruktur obyekti məhv edilib: "Onların arasında Ukrayna silahlı qüvvələrinin 87 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 124 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, həmçinin 79 radiolokasiya stansiyası, 866 tank və digər zirehli döyüş maşını, 91 reaktiv yaylım atəş sistemi, 317 səhra artilleriya və minaatan, 634 xüsusi təyinatlı hərbi texnika, eləcə də 81 pilotsuz uçuş aparatı da var".