Ukrayna Müdafiə Nazirliyi savaşın başaldığı son 13 gündə  Rusiya ordusunun itkilərini elan edib.

Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu günədək Rusiyanın 12 mindən çox hərbçi itirdiyini bildirilib:

"Bu müddət ərzində Rusiya  303 tank, 1036 zirehli döyüş maşını, 120 artilleriya sistemi, 56 reaktiv yaylım atəş sistemi, 27 hava hücumundan müdafiə sistemi, 48 təyyarə, 80 helikopter, 474 nəqliyyat vasitəsi, 3 gəmi, 60 yanacaq sisterni və 7 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı itirib. Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi nəticəsində çətinləşir".