Rusiya tərəfi Bakı vaxtı ilə saat 11:00-dan etibarən sükut rejimi tətbiq edib, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılıb.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

O bildirib ki, mülki əhalinin yaşayış məntəqələrindən təhlükəsiz şəkildə təxliyəsi üçün bu gün Moskva vaxtı ilə saat 10:00-dan etibarən sükut rejimi tətbiq edilir və Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılır.