"Budur, Kiyev axşamı, Ofisimiz. Bazar ertəsi, axşam...Bu gün mübarizəmizin, müdafiəmizin 12-ci axşamıdır".

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyilib.

O bildirib ki, hamı yerindədir: "Hamımız yerimizdəyik, hamı işləyir. Hər kəs lazım olan yerdədir. Mən də Kiyevdəyəm, komandam mənimlədir. Mən burada qalıram, Kiyevdə qalıram. Bankovada. Gizlənmədən. Həm də heç kimdən qorxmuram. Nə qədər ki, Vətən Müharibəmizdə qalib gəlmək lazımdır".