Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.
Mia.az xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin yeni yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ordumuzun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur.