"Hərbi əməliyyatların dərhal dayanması üçün Ukrayna tərəfi Rusiyanın tələblərini yerinə yetirməlidir"

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu sözləri “Röyters” agentliyinə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Ukrayna Krımı Rusiya ərazisi kimi qəbul etməli, eyni zamanda, neytral dövlət statusuna keməlidir: "Bununla bəbabər, Kiyev rəmsi olaraq Donetsk və Luqanskın müstəqilliyini tanımalıdır. Bu ghalda, əməliyyat anındaca dayanacaq".

Bu arada Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Zelenski ilə danışıqların yekununa əsasən tviter səhifəsində yazıb ki, Ukraynanın Avropa İttifaqına üzvülük ərizəsi yaxn günlərdə müzakirə olunacaq.

Britaniyanın Baş naziri Boris Conson isə Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirilməsinin vacibliyini qabardıb: "Etiraf etməliyik ki, sanksiyalarla bağlı daha çox iş görməliyik. Biz daha çox şey edə bilərik və bunu etməliyik. Dünya SWIFT, bankçılıq sahəsində daha çox şey edə bilər, fiziki şəxslərə qarşı sanksiyaların genişləndirilməsi üçün daha çox iş görülməlidir”.