“Rusiyaya təzyiqi artırmağı planlaşdırırıq”.

Mia.az Report-a istiinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Moldovaya səfəri zamanı Prezident Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyaya qarşı lazım olanı etməyə hazırdırlar: "Torpaqların suverenliyi nəzərə alınmır. NATO-dakı müttəfiqlərimizlə durumu daim müzakirə edirik. Ukraynaya dəstəyimizin nəticəsini görürük. Dediklərimizin hamısı reallaşır. Rusiyaya təzyiqi artırmağı planlaşdırırıq. Ukrayna üstünlüyü ələ alacaq və zəfər qazanacaq”.