“Bizim bayrağımızda qan, qara ləkə, bataqlıq yoxdur və heç vaxt olmayacaq”.
Mia.az Ukrayna Prezident Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu martın 7-də ölkə Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna bayrağı dinc, məhsuldar, qızıl tanksız torpaqdır: "Bu, dinc, təmiz, mavi və raketsiz səmadır. Belə olub, belə də olacaq. Biz dünyanı rəsmi Moskvaya qarşı yeni sanksiyalar qəbul etməyə, Rusiyanın ixracatından, xüsusi ilə neft və neft məhsullarından imtinaya çağırırıq".