Rusiya ordusu bu gündək Ukraynada 2396 hərbi obyekti məhv edib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general qor Konaşenkov açıqlayıb.
O bildirib ki, məhv edilən hərbi obyektlər arasında Ukrayna ordusunun 82 idarəetmə və rabitə mərkəzi, 119 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksləri və 76 radiolokasiya stansiyası yer alıb: "Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin 827 tank və digər zirehli döyüş maşını, 84 reaktiv yaylım atəş sistemi, 304 səhra artilleriya və minaatan, 603 xüsusi təyinatlı hərbi texnika, o cümlədən 78 pilotsuz uçuş aparatı da məhv edilib".