Ukrayna Müdafiə Nazirliyi Rusiyanın savaşın başladığı 12 gün ərzində itkilərini açıqlayıb.
Mia.az xəbər verir ki, nazirlik Rusiyanın bu günədək 11 mindən çox şəxsi heyətinin həalk olduğunu bildirib:
"Bununla yanaşı, Rusiyanın 290 tank, 999 zirehli döyüş maşını, 117 artilleriya sistemi, 50 reaktiv yaylım atəş sistemi, 24 hava hücumundan müdafiə sistemi, 46 təyyarə, 68 helikopter, 454 avtomobil avadanlığı məhv edilib”.