Prezident Volodimir Zelenski Ukraynanın beş şəhərinə - Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa, Xersona "Qəhrəman" fəxri adlarını verib.
Mia.az xəbər verir ki, bu barədə o, növbəti videomüraciətində deyib.
Zelenski daha sonra qeyd edib ki, bu qəhrəman şəhərlər Rusiya ordusunun hər hücumda məğlub edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən isə.Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib: "Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. İşğalçılar şəxsi heyət və texnikada xeyli itki verib. Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov məhv edilib”.