"Bizim xalqımız, bizim ukraynalılarımız geri çəkilmir. Mən təslim olmuram. Müqaviməti dayandırmaq olmaz. Onlar işğalçılara qışqırırlar: evinizə gedin! Rusiya gəmisi kimi!".
Mia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.
Zelenski bildirib ki, Rusiyaya ordusuna etirazlar yanmış Ukrayna torpağında bütün Ukraynanın qələbəsinə doğru bir addımdır: "Bu, bir ömür şansıdır. Ukraynalılar, düşmənin girdiyi bütün şəhərlərimizdə bunu edin, irəliləyin!”.
Xatırladaq ki, sıravi ukraynalılar rus tanklarının qarşısı kəsərək, onlara etiraz, geri çəkilməyə vadar edirlər.