"Ukrayna ilə dialoqa hazırıq, ancaq bütün tələblərimiz yerinə yetirilməlidir".
Mia.az NTV-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsıa telefon danışığında deyib.
O bildirib ki, Rusiya Ukraynada məqsədinə çatana kimi dayanmayacaq: "Bununla belə, biz dialoqa hazırıq. Yəqin ki, Ukrayna ilə üçüncü görüş həftənin sonunda baş tutacaq."
Putinlə telefon söhbətindən danışan Almaniya kansleri isə Ukraynadakı vəziyyətdən həddindən artıq narahat olduğunu deyib. O, Putini atəşi dayandırmağı istəyib.
Mia.az