Prezident Vladimir Putin Rusiyanın Ukraynada məqsədinə çatmayacana qədər dayanmayacağını bəyan edib.
Mia.az NTV-yə istinadla xəbər verir ki, o, Ukrayna rəhbərliyinin Rusiyanın şərtlərinə boyun əyməli olduğunu təkrarlayıb: "Ukrayna Rusiyanın tələblərinə əməl etməlidir, əks halda daha pisi yaşanacaq".
Putin açıqlamasında Qərbə də səslənib. O, vəziyyəti daha da gərginləşdirməməyə və məhdudiyyətlər tətbiq etməməyə çağırıb və əlavə edib ki, Rusiya üzərinə düşən öhdəliklər yerini yetirir və bundan sonra da yetirəcək.