Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında yazıb: "NATO xarici işlər nazirlərinin Brüsseldə Ukrayna üzrə fövqəladə iclasından sonra əlaqələrimizi və regional hadisələri müzakirə etmək üçün Can Azərbaycandayıq".

***

Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana səfər edəcək.

Mia.az xəbər verir ki, o, sabah Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

O bildirib ki, səfər zamanı İlham Əliyevlə görüşəcək.