"Rus əsgərləri gerçək və cəsur bir qəhrəman kimi savaşır".

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu sözləri Rusya prezidenti Putin deyib.

Putin bildirib ki, Rusiya ordsunun həyata keçirdiyi əməliyyatlar plan üzrə, qrafikə ciddi uyğun olaraq gedir: "Ukrayna rejimi oradakı mülki əhalinin, xarici qonaqların rahat çıxmasına imkan vermir. Onlardan qalxan kimi istifadə edirlər".

Putin əlavə edib ki, buna baxmayaraq, Ukraynada vəzifələr uğurla həll olunur: "Qərbin Rusiyaya qarşı yaratdığı birliyi dağıdacağıq".

O, ruslarla ukraynalıların bir xalq olduğunu da deyib.