Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenski xalqa müraciət edib.

Mia.az xəbər verir ki, o, uşaqları ilə birlikdə Ukraynada həyat yoldaşının yanında olduğunu bəyan edib

"“Əziz xalqım, ukraynalılar! Bu gün hamınızı izləyirəm! Televiziyada, küçələrdə, sosial şəbəkələrdə... Yayımladığınız paylaşımlara baxıram. Bilirsiniz? Siz hər biriniz möhtəşəmsiniz! Sizinlə eyni ölkədə yaşadığım üçün qürur duyuram!

Biz nəhəng orduyuq. Bu gün nə ağlayıram, nə də qorxuram! Sakit və hüzur doluyum. Uşaqlarım mənə baxır. Onların, həyat yoldaşımın və sizin yanınızdayam. Sizi sevirəm! Ukraynanı sevirəm!”.