Bu gün Sumqayıt şəhərində Novruz bayramı münasibətilə bayram tədbiri keçirildi.
Tədbirdə ilk öncə minlərlə şəhər sakininin maraqla izlədiyi meydan tamaşası təqdim edildi və ardınca müxtəlif geyimdə milli və əcnəbi personajların keçidi oldu.Daha sonra Nəhəng Novruz gəmisi Sumqayıtın baş meydanına daxil oldu. Gəmidəki toplardan açılan yaylım atəşi tədbirə gələn onminlərlə sakinin alqışlarına səbəb oldu.
Tədbir respublikanın xalq artisti Zülfiyyə Xanbabayevanın konsert prorqamı ilə yekunlaşdı.
sumqayitxeber.com tədbirdən fotoları təqdim edir:
























