Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs edilib.
Mia.az-ın xəbərinə görə, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə N. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, N. Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.(APA)
