Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə əlaqələndiricisi Vaqif Həsənov Ukraynadan Rumıniyaya gəlmək istəyən azərbaycanlılara müraciət edib.

Mia.az xəbər verir ki, o, Buxarest şəhərində sığınacağın olduğunu bildirib: "Bura gəlib çıxan azərbaycanlılar pulsuz Buxarest-İstanbul təyyarəsi ilə İstanbula çatdırılır. Lakin siyahıya yazılmaq lazımdır. Sığıncaqda isti yemək, çay, kofe verilir".