"Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır".
Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı müsbət nəsə söyləmək çətindir: "Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır"
Zelenski Rusiyanın danışıqların perespektivi barədə suala isə belə cavab verib: "Baxarıq. Rusiya qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”.