Rusiya qoşunları Kiyevi "İsgəndər" raketləri ilə atəşə tutub.
Mia.az xəbər verir ki, bu barədə Ukraynada olan azərbaycanlı jurnalist Eynulla Fətullayev məlumat verib.
O bildirib ki, Xarkovun yaşayış yerlərinə ballistik raketlər atırlar.
"RBC-Ukrayna" isə xəbər verir ki, faktı Ukrayna rəsmi şəkildə təsdiqləyib.
Belə ki, Daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Telegram-da yazıb: "Putin rejiminin daha bir cinayəti. Kiyevə “İskəndər” ballistik raket hücumu. Dəqiq yer və qurbanlar müəyyənləşdirilir".