Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmr Novruz bayramı ilə bağlı imzalanıb. Əmrə və təsdiq edilmiş plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə bayram tədbirlərinin keçirilməsi planlaşdırılır. 


Məlumatda o da bildirilib ki, hər il olduğu kimi bu il də ziyalılar, ictimaiyyət nümayəndələri, icra hakimiyyətləri, ayrı-ayrı kollektivlər, o cümlədən ölkədə fəaliyyət göstərən televiziya kanallarının çəkiliş qrupları müxtəlif hərbi hissələrdə şəxsi heyətlə bir yerdə Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müracətlər ediblər: "Onların hamısına müsbət cavab verilib. 

Hətta bəzi yerli strukturlar və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əsgərlərlə ictimaiyyətin nümayəndələri və incəsənət xadimləri bir sıra görüşlər keçiriblər və yaxın günlərdə də bu kimi tədbirlərin keçirilməsi planlaşdırılır”. 

("AzNews.az")