Ukrayna Prezidenti Volodimir Zelenski ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, telefon danışığı barədə bu dəqiqələrdə açıqlama verən Zelenski 2 ildir Lukaşenko ilə görüşmədiyini deyib. Əlavə edib ki, Belarus lideri ilə söhbət ümidli keçib: "Mən Belarusdan Ukraynaya raketlərin, təyyarələrin uçmasını istəmirəm. Mən Belarusdan Ukraynaya qoşun getməsini istəmirəm. O, məni buna əmin etdi. Mən öz ölkəmi müdafiə edirəm. Bütün komandamız yerindədir. Biz vətənimizi müdafiə edəcəyik. Biz məqsədimizə çatacağıq. Bunun üçün praqmatik hərəkət etməliyik. Biz sərhədlərimizi bərpa edəcəyik”.

Zelensi deyib ki, Ukrayna əsgərləri cəsarətlə savaşır və bu gündək çox layiqli müdafiə qurulub: "Dövlət əsgərlərimizin qədrini bilir, onalrın fədakarlığını yüksək qiymətləndirir. Onlara hər gün üçün 100 min qrevn ödəniləcək. Biz yeni Ukraynanı yenidən quracağıq. Yaaşasın Ukrayna!".

Mia.az