Rusiya ordusunun bu gün ələ keçirdiyi İrpin şəhəri geri alınıb.

Mia.az xəbər verir ki, bu barədə məlumatı İrpin şəhərin meri Aleksandr Markuşin açıqlayıb.

O bildirib ki, şəhər onların tam nəzarəti altındadır: "Biz İrpini əldə saxlayırıq! Bu gün İrpin 100 % nəzarətimiz altındadır. Əhalidən xahiş edirik: evdən çıxmayın, hələ də döyüş gedir. Şəhərə Ukrayna Silahlı Qüvvələri əlavə hərbi qüvvələr göndərib".