Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin silahlıları paytaxt Kiyevdə bir qrup çeçen silahlısını zərərsizləşdiriblər.
Bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko deyib.
Onun sözlərinə görə, çeçen silahlıları təcili yardım maşınında şəhər ətrafında hərəkət ediblər.
“İndicə təcili yardım maşınında Kiyev ətrafında hərəkət edən bir qrup çeçen diversantın bir hissəsi Kiyevdə şanlı Ukrayna hərbi kəşfiyyatçıları tərəfindən vurulub, bir hissəsi isə saxlanılıb”, - o, bildirib/Report.
***
Ukrayna Silahlı Qüvvələri Ramzan Kadırov Qvardiyasının bir kolonunu məhv edib.
Mia.az xəbər verir ki, bu haqda Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Ramzan Kadırov Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev isə döyüşlərdə öldürülüb.
Qeyd edək ki, Ramzan Kadırovun silahlı Qvardiyası da Rusiya ordusunun tərkibində Ukraynaya hücum edib.